günləri saymaq

1. (bərk istəmək, çox gözləmək) to wait impatiently for someone or smth. / to look forward to smth. считать дни; 2. (ömrünün artıq böyük hissəsini yaşamaq) to count one’s days дни считать (прожить большую часть жизни)
Günəşə deyir: “sən çıxma, mən çıxım gərək”. (Özü özündən ağız dolusu danışır.)
günlərin bir günündə (bir dəfə)
OBASTAN VİKİ
Say saymaq
Say saymaq – Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Novruz bayramı günlərində eləcə də digər günlərdə uşaqların oynadıqları oyunlardan biridir. Uşaqlar oyuna başçı seçirlər. Başçı uşaqlarıcərgəyə düzür, müəyyən say rəqəmi seçir. Əsasən 15, 25, 35, 45, 55, 65, 75, 85, 95 rəqəmlərin götürürlər. Uşaqlardan bir-bir bu rəqəmləri tez-tez söyləmək tələb edilir. Çaşana hamı bir yerdə: - deyir, onu utandırırlar.
Ad günləri
Doğum günü və ya Ad günü — insanın anadan olduğu tarix. Bir çox mədəniyyətərdə insanlar doğum günlərini təmtəraqlı qeyd edirlər. İnsanların ad günləri bir çox mədəniyyətlərdə, çox vaxt ad günü hədiyyələri, ad günü kartları, ad günü partiyası və ya keçid mərasimi ilə qeyd olunur. Həmçinin bir çox dinlər öz qurucularının və ya din xadimlərinin doğumunu xüsusi bayramlarla qeyd edirlər (məsələn, Milad, Mövlud, Buddanın Ad günü, Krişna Canmaştəmi və Qurpurb). Ad günü tortu hazırlamaq və üzərinə şam qoyub arzu edib üfürmək adəti əslində Qədim Yunanıstana gedib çıxır. O dövrdə üzərində şam olan yuvarlaq tortların parlaq ayı simvolizə etdiyinə dair ümumi bir inanc var idi. Belə inanılırdı ki, bir arzu etmək və tortun üzərindəki şamları üfürmək duaları tüstü vasitəsilə tanrılara çatdıracaq. Bir çox Latın Amerikası ölkələrində, xüsusən də Meksikada ad günü şənliklərində Pinyata (piñata) ənənəsi keçirilir. Bu pinyatalar adətən bəzəkli heyvan şəklində olur və karton və yaxud papyer-maşedən hazırlanır, içərisi isə konfet və şirniyyatlarla doldurulur. Pinyatalar əvvəlcə asılır və iştirakçılar, əsasən də uşaqlar onu növbə ilə, açılana qədər gözləri bağlı halda çubuqla vururlar.
Doğum günləri
Doğum günü və ya Ad günü — insanın anadan olduğu tarix. Bir çox mədəniyyətərdə insanlar doğum günlərini təmtəraqlı qeyd edirlər. İnsanların ad günləri bir çox mədəniyyətlərdə, çox vaxt ad günü hədiyyələri, ad günü kartları, ad günü partiyası və ya keçid mərasimi ilə qeyd olunur. Həmçinin bir çox dinlər öz qurucularının və ya din xadimlərinin doğumunu xüsusi bayramlarla qeyd edirlər (məsələn, Milad, Mövlud, Buddanın Ad günü, Krişna Canmaştəmi və Qurpurb). Ad günü tortu hazırlamaq və üzərinə şam qoyub arzu edib üfürmək adəti əslində Qədim Yunanıstana gedib çıxır. O dövrdə üzərində şam olan yuvarlaq tortların parlaq ayı simvolizə etdiyinə dair ümumi bir inanc var idi. Belə inanılırdı ki, bir arzu etmək və tortun üzərindəki şamları üfürmək duaları tüstü vasitəsilə tanrılara çatdıracaq. Bir çox Latın Amerikası ölkələrində, xüsusən də Meksikada ad günü şənliklərində Pinyata (piñata) ənənəsi keçirilir. Bu pinyatalar adətən bəzəkli heyvan şəklində olur və karton və yaxud papyer-maşedən hazırlanır, içərisi isə konfet və şirniyyatlarla doldurulur. Pinyatalar əvvəlcə asılır və iştirakçılar, əsasən də uşaqlar onu növbə ilə, açılana qədər gözləri bağlı halda çubuqla vururlar.
Fatimiyə günləri
Fatimiyə günləri — şiələr tərəfindən Cəmadiyələvvəl və Cəmadiyəlaxır aylarında 20 gün ərzində Məhəmmədin qızı Fatimənin şəhid olmasının ildönümü münasibətilə mərasimlərin keçirilməsi.
Həftənin günləri
Həftə (fars. هـفـت‎ — "yeddi") — yeddi gündən ibarət vaxt dövrü. == Tətbiqi == Qriqorian təqvimi də daxil olmaqla bir çox təqvimlər, o cümlədən xristian vaxt ölçüsünə əsaslanmayanlar, həftəyə yeddi gün daxil edirlər. Həftənin astronomik əsası, ayın yarıya kimi tutulma və ya açılma vaxtına bərabərdir. O, dünyada çox geniş istifadə edilir. Prinsipcə həftəlik təqvimlər astronomik zamanı özünə tabe etdirir. Qədim Misirdə on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
İl günləri
İlin günləri
Təqvim ili qriqorian və yulian təqvimlərində qısa ildə 365, uzun ildə 366 sutkaya bərabərdir.
Zəfər Günləri
Zəfər Günü — ölkələrin tarixindəki əhəmiyyətli döyüşlərdə və ya müharibələrdə qazanılan qələbələri anmaq üçün müxtəlif ölkələrdə fərqli dövlət bayramlarına və xüsusi günlərə verilən addır.
Təşriq günləri
Təşriq günləri — (ərəb. أيام التشريق‎) — Qəməri təqviminin sonuncu ayının 11-dən 13-nə kimi qeyd olunan Qurban bayramının davamıdır. Qurban bayramının özü Zülhiccə ayının 10-cu günü qeyd olunur. Möminlər həcc ziyarəti etdikdə bu ay müsəlmanlar tərəfindən mübarək sayılır. Zəvvarlar Mina vadisinə gedir və orada şeytanı döymək simvolu olaraq üç sütuna daş atırlar. Sütunların hər birinə 7 çınqıl atılır - kiçik cəmrətül-ula, orta cəmrətül-vüsta və böyük cəmrətül-əkəbə. Onlar ət-Təşrik günlərinin birinci gecəsini orada keçirirlər, səhər isə camaat namazı qılır, sonra təkbir (Allaha həmd) oxuyurlar. Sonra ət-Təşriq ayının üçüncü günündə yenidən daş atma baş verir. Ализаде А. А. Аййам ат-Ташрик // Исламский энциклопедический словарь. — М. : Ансар, 2007.
Qafqaz günləri (roman)
"Qafqaz günləri" (fr. Jours caucasiens) — Azərbaycan əsilli Fransa yazıçısı Baninin 1945-ci ildə Parisdə nəşr olunmuş romanı. Qafqaz günləri romanında XX əsrin əvvəllərinə aid olan Azərbaycan tarixi təqdim olunur, o zamankı adət-ənənələr, həyat tərzi, mədəniyyət haqqında ətraflı məlumat verilir. Fransız dilində yazılmış roman avtobioqrafik faktlar üzərində qurulmuşdur. Əsərin məzmunu Baninin şəxsi bioqrafiyası üzərində qurulmuşdur. Romanda Bakının bir çox zəngin ailələri, onlar arasında olan münasibət, bayram və yas mərasimləri, milli adət-ənənələr, zamanın əhval — ruhiyyəsi müəllif tərəfindən dəqiqliklə və ustalıqla qələmə alınmışdır. Romanda gənc qəhrəmanın onu əhatə edən insanlara və mühitə münasibəti, müasirlərinin əhval-ruhiyyəsi onların baş verən hadisələrə münasibəti öz əksini tapmışdır. Öz evinin və Mərdəkandakı bağ evinin təsvirindən müəllif onun və yaxınlarının həyatına güclü təsir edən hadisələrin təsvirinə keçir. Bu əsərə erməni-azərbaycan qarşıdurması, Bakıda azərbaycanlılara qarşı törədilmiş qırğınlar, demokratik respublikanın qurulması və süqutu, nəhayət qırmızı ordunun Azərbaycanı işğalı və Bakıya daxil olması hadisələri daxildir. Banin babasının vəsiyyətinə əsasən onun və üç bacısının birdən-birə milyonçuya çevrilməsi, lakin onların "milyonçuluğunun" çox çəkməməsi, Azərbaycan qırmızı ordu tərəfindən işğal edildikdən sonra ailəsinin başına gələn faciələr haqda ətraflı yazır.
Pompeyin son günləri
Pompeyin son günləri (ing. The Last Days of Pompeii) — Eduard Bulver-Littonun tarixi romanı. 1833-1834-cü ilin qışında Neapolda yazılmış və arxeoloq ser Vilyam Gellə həsr edilmişdir. Roman 1834-cü ildə Londonda nəşr olunmuş və dərhal böyük populyarlıq qazanmış, dəfələrlə təkrar nəşr olunmuş və dərhal bir neçə dilə tərcümə edilmişdir. Əsərin ideyasını Bulver-Litton Milanda sərgidə olarkən gördüyü Karl Bryullovun rəsm əsərindən götürmüşdür. Hadisələr eramızın 79-cu ilində Pompeydə baş verir. Roman bir çox ölkələri və xalqları fəth etmiş Roma İmperiyasının həyatının geniş panoramasını təqdim edir. Baş qəhrəman Qlavk yunandır, Romaya tabe olan yüksək sivilizasiyanın nümayəndəsidir; onun əsas rəqibi daha qədim mədəniyyətin daşıyıcısı olan misirli keşiş Arbakdır. O, qədim gizli bilikləri öyrənməyə başlayır. Yeni yaranmış yeni dinin nümayəndəsi olan xristian Olinf qarşı çıxır.
Vaqif Poeziya Günləri
Vaqif Poeziya Günləri– Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında təşkil olunan tədbir. Şuşa Molla Pənah Vaqif üçün çox böyük əhəmiyyətə malik olub. O, Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və burada dəfn edilib. Vaqifin Şuşada yaşadığı dövrdə də hər birimiz üçün əziz olan bu şəhər Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı. Vaqif Poeziya Günlərinin keçirilməsinə başlanması və bu tədbirin ənənəvi xarakter alması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməyib. Onun göstərişi ilə məzar tapılıb və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1980-81-ci illərdə abidə və türbə tikilib. Kompleks Şuşa şəhərinin Cıdır düzünə yaxın ərazidə inşa edilib. 1982-ci ilin yanvar ayının 14-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib.
Beqnold Sammerin günləri
Beqnold Sammerin günləri (ing. Days of the Bagnold Summer) — 2019-cu ildə ekranlara çıxan Böyük Britaniya komediya-dram filmi. == Süjet == Daniel yay tətili üçün atasının yaşadığı Floridaya getmək istəyirdi ki, birdən planlar pozulur. O, indi bütün yayı anası ilə keçirməli olacaq.
Fransada Azərbaycan Günləri (1985)
Maykl Ceksonun son günləri
Maykl Ceksonun son günləri (ing. The Last Days of Michael Jackson) — 24 may 2018-ci ildə ABC telekanalında yayımlanmış iki saatlıq sənədli film. Xüsusi televiziya buraxılışında Maykl Ceksonun uşaqlığından həyata keçirilməmiş "This Is It" adlı sonuncu konsert turuna kimi olan bütün hadisələrdən, sənətkarın yaradıcılığı və irsindən bəhs edilir. Filmdə sənətkarın əvvəl heç yerdə yayımlanmamış Barbara Uolters və Dayan Soyerlə olan müsahibələrindən, həmçinin yaxınları və dostları ilə olan söhbət yazışmalarından da istifadə edilmişdir. Film 5.56 milyon nəfər tərəfindən canlı izlənilmiş və əsasən mənfi qarşılanmışdır. Maykl Ceksonun varisləri yayım gününün elan edilməsindən bir gün əvvəl onu tənqid edərək, filmin Maykkl Ceksonun varisləri tərəfindən sifariş və ya sponsorluq edilmədiyini, varislərdən heç bir razılığın alınmadığını və ehtimal ki, onların intellektual hüquqlarının pozulduğunu bildirmişlər. == Rollarda == Maykl Cekson (arxiv kadrları) Karen Faye (arxiv kadrları) Dayan Soyer (arxiv kadrları) Barbara Uolters (arxiv kadrları) Frenk Kaskio (arxiv kadrları) Kris Konnelli Co Cekson (arxiv kadrları) Marqo Cefferson Stiv Knopper Kim Mazell Navi Kenni Orteqa (arxiv kadrları) Rendi Fillips Rayan Smit J. Rendi Taraborrelli Tomi R. Tomi Ture Mayk Uolters == Çıxarılması == Maykl Ceksonun son günləri filminin ilk treyleri 18 may 2018-ci ildə çıxarılmışdır. Film, ABŞ televiziya şəbəkəsi ABC tərəfindən 24 may 2018-ci ildə efirə verilmişdir. == Qəbulu == === İzləyicilər === Premyera efiri zamanı film, 5.56 milyon nəfər tərəfindən izlənmişdir. === Reaksiyalar === Sənədli film, yer verilmiş çoxsaylı qeyri dəqiqliklərə, papparazilər, tabloid müxbirləri və Popun kralı ilə heç vaxt görüşməmiş insanların fikirlərinə istinad edildiyinə görə həm fanatlar, həm də tənqidçilərin mənfi rəylərini almışdır.
Yay günləri (film, 1977)
Yay günləri — 1977-ci ildə çəkilmiş Azərbaycan filmi. Mənzərə filmi Azərbaycanın əsrarəngiz təbiətini tamaşaçıların gözləri qarşısında canlandırır.
Bakıda "Mosfilm" günləri (film, 1981)
Bakıda "Mosfilm" günləri qısametrajlı sənədli filmi rejissor Rauf Nağıyev tərəfindən 1981-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanda keçirilən "Mosfilm" kinostudiyası günlərindən, Moskva kinematoqrafçılarının Azərbaycan tamaşaçıları ilə görüşlərindən və bu studiyada çəkilmiş filmlərin nümayişindən danışır. == Məzmun == Film Azərbaycanda keçirilən "Mosfilm" kinostudiyası günlərindən, Moskva kinematoqrafçılarının Azərbaycan tamaşaçıları ilə görüşlərindən və bu studiyada çəkilmiş filmlərin nümayişindən danışır.
Cənubi Koreyada rəsmi istirahət günləri
Cənubi Koreyada bütün əhaliyə şamil olunan rəsmi istirahət günlərinə dair qanun yoxdur, Prezident fərmanı olan "Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə" də dövlət müəssisələri və ya yerli hökumət və s. üçün rəsmi istirahət günləri müəyyən edilmişdir. Dövlət idarələrinə dövlət və ictimai məktəblər daxil olsa da, dövlət şirkətləri daxil deyil. Bu səbəbdən özəl şirkətlər və ya özəl təşkilatlar işçi və idarəçi arasındakı razılıq (əsasən "kollektiv müqavilələr" və ya "məşğulluğun tənzimlənməsi") vasitəsilə özləri istirahət günlərini müəyyən edə bildikləri üçün dövlət idarələrinin rəsmi istirahət günlərində istirahət etmək kimi hüquqi vəzifələri yoxdur, lakin təcrübəyə əsasən "Dövlət İdarələrində Rəsmi İstirahət Günləri Haqqında Əsasnamə"yə zəruri olaraq müraciət edib istirahət günlərini tətbiq edirlər. İllik rəsmi istirahət günləri bazar günü, seçki günü, tələblərə uyğun olaraq müyyən edilən günləri çıxmaqla, 15 gündür. Alternativ istirahət günləri sisteminin tətbiq edilib edilməməsi ilə bağlı müxtəlif dəyişikliklər olsa da, şənbə gününü də daxil etdikdə istirahət günlərinin sayı Yaponiya(119 gün)dan azdır, Amerika(114 gün), Almaniya(114 gün), Fransa(115 gün) və s. kimi ölkələrlə isə eynilik təşkil edir. Bundan əlavə Cümə axşamı ilə başlayan uzun il və cümə günü ilə başlayan adi illərdə (1 Mart bazar günü olduğu təqdirdə) rəsmi istirahət günləri azlıq təşkil edir. == Tarix == Qoryo və Coson sülaləsi dövründə ay təqvimi ilə 1, 7, 15 və 23-cü günlərdə dövlət idarələrində iş olmurdu. Həmçinin fəsillərin dəyişdiyi mövsümlərdə də işləmirdilər.
Fransada Azərbaycan günləri (film, 1985)
Polşada Azərbaycan günləri (film, 1970)
Tatarıstanda Azərbaycan günləri (film, 1969)
Yazın ilk günləri (rəsm əsəri)
Yazın ilk günləri (1929) — Sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri, ispan rəssam Salvador Dali tərəfindən çəkilmiş rəsm əsəri. Bu əsər Dalinin erkən sürrealist fəaliyyətinin ən məşhur nümunələrindən biridir. Görüntü təsvir olunan mühit geniş və büsbütün olaraq boz bir müstəvidir. Bu, rəssam tərəfindən sağ tərəfdə qalxıq bir şəkildə, sol tərəfdə isə sağla müqayisədə daha aşağı endirilmiş bir biçimdə təsvir edilmişdir. Əsərin mərkəzində isə müxtəlif qəribə və rəngli sürrealist görüntülər cəmlənmişdir. Dali uzaqda iki kiçik, kölgəli fiqur – balaca oğlan və onun əlindən tutmuş bir adam təsvir etmişdir. Sol tərəfdə isə stulda oturaraq arxasını bötüvlükdə mənzərəzəyə çevirmiş fiquru görmək mümkündür. Bu əsər Dali tərəfindən həyatının yüksək dərəcədə stresli və psixoloji cəhətdən ağır olduğu dövründə yaradılmışdır. Bu zamanlar onun atası oğlunun peşə seçiminə və qeyri-adi davranışlarına görə çox məyus idi. Bu əsərdə də gördüyümüz balaca oğlan və onun yanındakı kişi fiqurlarına Dalinin sonrakı əsərlərində yenidən rast gəlmək mümkündür.
X adamlar: Gələcəyin keçmiş günləri
İks-adamlar: Gələcəyin keçmiş günləri (ing. X-Men: Days of Future Past) — Marvel Comics tərəfindən yaradılmış eyni adlı komandasından bəhs edən və 2014-cü ildə çəkilən 20th Century Fox istehsalı super qəhrəman filmi,fantastika və döyüş filmi. Film "İks-adamlar" seriyasının 7-cidi, rejissoru isə Brayan Singerdi. Filmin çəkilişləri 2013-cü ilin aprelində, Kanadanın Kvebek əyalətinin Monreal şəhərində başlanılıb. "İks-adamlar: Gələcəyin keçmiş günləri" filminin premyerası 2014-cü ilin 10 mayda Amerikanın Nyu-York şəhərində baş tutub. 23 mayda 2014-cü ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb.
Albaniya dövlət bayramları və xüsusi günləri
Albaniya dövlət bayramları və xüsusi günləri- Albaniyada qanunla tənzimlənən günlər.
Ukraynada Azərbaycan mədəniyyəti günləri (film, 1978)